“Putin bir az nəfəs almağa çalışır” – Bayden

14 Baxış

ABŞ Prezidenti Cozef Bayden Rusiya tərəfindən Ukraynanın bütün təmas xətti boyunca atəşkəs elan edilməsinə münasibət bildirib.

Turanmedia.az-ın məlumatına görə, “Ölkə.az” xarici KİV-ə istinadən xəbər verir ki, Prezident jurnalistlərə açıqlamasında Putinin bu qərarı verməsinə təəccüblənmədiyini qeyd edib:

“Yeni il ərəfəsində Putin xəstəxana, uşaq baxçaları və kilsələri bombalamağa hazır idi. Məncə, hazırda o, bir az nəfəs almağa çalışır”, – deyə Bayden vurğulayıb.

Qeyd edək ki, atəşkəs rejimi 6 yanvar saat 12:00-dan 7 yanvar 00:00-dək davam edəcək.