İsfahanda mollalar ermənilərin qəbirlərini ziyarət ediblər

15 Baxış

İranın İsfahan şəhərində mollalar ermənilərin qəbirlərini ziyarət ediblər.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, İranda yaşayan ermənilərin rəsmi mətbu orqanlarından olan “alikonline” saytı bununla bağlı xəbər dərc edib. Xəbərə görə, Yeni ilin başlanması münasibətilə isfahanlı ruhanilər və elmi-dini hövzələrin rəhbərləri, xristian keşişlər, İsfahan və İranın cənubundakı erməni yeparxiyasının üzvləri və İsfahan Zərdüşt Cəmiyyətinin nümayəndələri İran-İraq müharibəsində öldürülən ermənilərin məzarlarını ziyarət ediblər.

“Bizə dini hövzələr, kilsələr, erməni yeparxiyası, zərdüştilər və yəhudilər arasında davamlı əlaqə lazımdır”, – deyə mərasimə qatılan müsəlman din xadimlərindən biri bildirib.

İsfahan Erməni “Şəhidləri” Təşkilatının rəhbəri Zare Qaraxanyan da İran-İraq savaşında İsfahandan 6 erməninin öldürüldüyünü deyib.