İstanbulda terror aktı törətmək istəyən İŞİD-çilər saxlanıldı

16 Baxış

Türkiyə polisi İstanbulda xüsusi əməliyyat keçirib.

Turanmedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD-ə üzv olan iki nəfəri saxlayıb.

Qeyd olunub ki, saxlanılanlar dekabrın 31-i Yeni il gecəsi ərəfəsində İstanbulda yerləşən və turistlərin çox olduğu əyləncə məkanlarının birində partlayış törətməyə cəhd göstəriblər.