Sərnişin təyyarəsi qəzaya uğrayıb- Ölən və yaralanlar var
27 Baxış

Rusiyanın Nenets Muxtar Dairəsində göyərtəsində 2-si ekipaj üzvü olmaqla ümumilikdə 12 sərnişinin olduğu “An-2” təyyarəsi qəzaya uğrayıb.
Turanmedia.az Tass-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisəyə səbəb əlverişsiz hava şəraiti, o cümlədən buzlaşma olub.
Təyyarə sərt eniş edib.
Qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb.