Kirovda drondan istifadə qadağan olundu

10 Baxış

Rusiyanın Kirov vilayətində dronların istifadəsinə qadağa qoyulub.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov sərəncam imzalayıb.

“Dövlət orqanlarının, tabeliyində olan təşkilatların, digər müəssisə və təşkilatların dövlət orqanları və tabeliyində olan təşkilatlarla bağlanmış müqavilə əsasında istifadə etdikləri pilotsuz uçuş aparatları istisna olmaqla, Kirov rayonunun ərazisində pilotsuz uçuş aparatlarının istifadəsini qadağan etmək qərarına gəlirəm”, – qubernator sərəncamında qeyd edib.

O, vilayətdə ictimai asayişin mühafizəsini gücləndirmək üçün sözügedən addımı atdığını bildirib.