Əgər Rusiya Ukraynada nüvə silahını işə salmaq qərarına gəlsə… – Fövqəl dövlətlərin liderləri Putini hədələdi

Əgər Rusiya Ukraynada nüvə silahından istifadə etmək qərarına gəlsə, bu, bütün bəşəriyyətə qarşı təcavüz kimi qiymətləndiriləcək.
Turanmedia.az tns-ə istinadən xəbər verir ki, belə bir birgə bəyanatla Yaponiyanın Baş naziri Fumio Kişida və ABŞ Prezidenti Co Bayden çıxış ediblər.
Siyasətçilər ikitərəfli görüş keçiriblər. Danışıqların məzmunu Ağ Ev tərəfindən açıqlanıb. Kişida və Bayden anti-Rusiya sanksiyalarını davam etdirmək barədə razılığa gəliblər və bununla da Kiyevi dəstəklədiklərini bildiriblər. Onlar, həmçinin Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə qərar verəcəyi təqdirdə nə baş verəcəyini müzakirə ediblər.
“Birləşərək, Ukraynanı sarsılmaz şəkildə dəstəkləyərək Rusiya Federasiyasına qarşı sanksiyaları davam etdirəcəyik. Biz birmənalı olaraq bəyan edirik ki, Rusiyanın Ukraynada nüvə silahından istənilən istifadəsi bütün bəşəriyyətə qarşı düşmənçilik və əsassız düşmənçilik hərəkəti olacaq”, – deyə liderlər bildiriblər.
Qeyd olunub ki, Yaponiya və ABŞ Rusiyanın kritik enerji infrastrukturuna hücumları qarşısında Kiyevi dəstəkləməyə davam edəcəklər.