Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə: Sanksiyalar Putini devirə bilmədi!

64 Baxış

Qərbin Rusiyaya qarşı gördüyü tədbirlər qeyri-effektiv oldu.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

“Qərbin sanksiyaları nə Rusiyanın hərəkətlərini dəyişdirdi, nə də ukraynalılara qəti hərbi qələbə qazanmaq imkanı verdi. Bəs biz nə etməliyik? Bunun daha bir, iki, üç il davam etməsinə şərait yaratmaq?!” – Kalın bildirib.

Kalın əlavə edib ki, sanksiyalar Rusiya xalqını çevriliş etməyə və Prezident Vladimir Putini vəzifədən uzaqlaşdırmağa məcbur etməyib. Həmçinin Türkiyə hakimiyyəti Rusiyaya qarşı sanksiyalara qoşulmağı planlaşdırmır, çünki bu sanksiyalar Rusiyadan daha çox Türkiyənin iqtisadiyyatına ziyan vurur.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678