Vuçiç: Ərdoğanla danışacam, bircə “Bayraqdar” olmasın!

9 Baxış

Belqrad Serbiya ilə Kosova arasında gərginliyin genişmiqyaslı hərbi münaqişəyə çevrilməsi üçün heç bir ilkin şərt görmür.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda Serbiya Prezidenti Aleksandr Vuçiç Anadolu Agentliyinə açıqlamasında deyib.

“Eyni zamanda, biz sabitliyi və sülhü qorumaq üçün hər şeyi edəcəyik. Mən müharibə proqnozlaşdırmıram. Ümid edirəm ki, biz bütün çətinliklərin öhdəsindən gələcəyik”.

Vuçiç Serbiyanın Kosova məsələsi ilə bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazır olduğunu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bu məsələni məmnuniyyətlə müzakirə edəcəyini vurğulayıb. Serbiya lideri qeyd edib ki, Kosovanın müstəqilliyi məsələsində mövqelərin fərqli olmasına baxmayaraq, Belqrad Türkiyəni dost ölkə hesab edir.

Eyni zamanda Vuçiç Türkiyənin “Bayraqdar” PUA-larının həm Serbiya, həm də Kosovaya tədarükünə qarşı çıxıb:

“Biz “Bayraqdar 2”dən başqa Türkiyədən çoxlu müxtəlif hərbi texnika almağa hazırıq”.