Polşa Almaniyanı beynəlxalq təcridlə HƏDƏLƏDİ

6 Baxış

Polşa Almaniyanı beynəlxalq təcridlə hədələyib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçik ölkənin radio proqramının efirində bildirib.

O bildirib ki, Almaniya Ukraynaya “Leopard” tankları verməkdən imtina edərsə, beynəlxalq təcrid vəziyyətində qalacaq.

“Almaniya Ukraynaya tank göndərməyə razılıq verməyib və başa düşməlidir ki, beynəlxalq təcrid vəziyyətindədir. Əgər onlar bu cür mövqe tutmağa davam etsələr, öz mövqeləri son dərəcə zəifləyəcək”, – Mularçik deyib.

Məlumdur ki, Ramşteyndə keçirilən sammit zamanı Qərb ölkələri “Leopard”ın tədarükü ilə bağlı razılığa gələ bilməyib, buna görə Berlini günahlandırıblar.

Daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanın digər ölkələrdən “Leopard” tankları almasına etiraz etməyəcəklərini bəyan edib.

Nation News xəbər verir ki, belə bir təşəbbüsü Hollandiya və Polşa göstərib.