“Türkiyə 5-6 aya NATO-dan çıxacaq” – ŞOK İDDİA
99 Baxış
Türkiyə 5-6 ay ərzində Şimali Atlantika Alyansından çıxa bilər.
Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədr müavini Ethem Sancak bildirib.
“NATO öz təxribatları ilə bizi buna məcbur edir. Bizi qonşumuz Yunanıstana qarşı qoymağa çalışırlar. Türkiyə 5-6 aya NATO-dan çıxacaq. Bizi Yaxın Şərqin burulğanına sürükləməyə çalışırlar. Nəhayət, İsveç və Niderlandda Qurana qarşı hərəkətləri görürsünüz”, – Sancak qeyd edib.
Onun sözlərinə görə, son sorğular Türkiyə əhalisinin ən azı 80%-nin ABŞ-ın respublikaya qarşı düşmənçilik və dağıdıcı siyasət yürüdən ölkə olduğunu göstərir.
“Son zamanlar türk xalqı Rusiyaya və prezident Vladimir Putinə rəğbət bəsləməyə başlayıb”, – siyasətçi əlavə edib.