Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ZELENSKİ ƏMİN ETDİ: Müharibə yalnız bu halda dayandırılacaq

55 Baxış

“Münaqişəyə Rusiya qoşunları Ukrayna ərazisini tərk edəndə son qoyulacaq”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu fikiri Ukrayna prezidenti Volodimir Zelenski səsləndirib. O bildirib ki, Rusiya hərbçiləri onun ölkəsinin ərazisini tərk etdikdən sonra münaqişə sona çatacaq:

“Mən sizi əmin edə bilərəm ki, onlar bizim ərazimizi tərk etsələr, müharibə dayanacaq”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl prezident Vladimir Putin xüsusi hərbi əməliyyatın məqsədinin insanları və Rusiyanın özünü qonşu qonşu ölkədən gələn təhlükələrdən qorumaq olduğunu açıqlayıb.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə Ukraynadakı hadisələri ABŞ-ın uzun illər hibrid müharibəsinə hazırlığının nəticəsi adlandırıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678