Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ukrayna sizə xəbərdarlıq etmişdi” – Zelenskinin Ofisindən İrandakı partlayışlara reaksiya

58 Baxış

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak İrandakı partlayışlara münasibət bildirib.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.

“Müharibə məntiqi amansız və öldürücüdür. Müəllifləri və tərəfdaşları ciddi şəkildə hesab verir.

Rusiyada çaxnaşma – sonsuz səfərbərlik, Moskvada raketdən müdafiə, 1000 km məsafədə səngərlər, bomba sığınacaqlarının hazırlanması. İranda partlayış dolu gecə – dron və raket istehsalına, neft emalı zavodlarına… Ukrayna sizə xəbərdarlıq etmişdi”, – Ukrayna rəsmisi vurğulayıb.

Qeyd edək ki, ötən gün İranın bir sıra şəhərlərində güclü partlayış səsləri eşidilib. İddialara görə, İsrail İrana havadan zərbələr endirib. Lakin tərəflər hücumla bağlı məlumat yaymayıblar.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678