Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İran parlamentinin sədri: “İsraillə ancaq güc dili ilə danışmaq lazımdır”

56 Baxış

“İsraillə ancaq güc dili ilə danışmaq lazımdır”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Agentlik xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf gücdən istifadəni “sionist rejimlə mübarizə aparmaq və onu Fələstinə təcavüzünü dayandırmağa məcbur etmək üçün yeganə yol” adlandırıb.

“Sionist rejim yalnız güc dili ilə tanış olduğu üçün onu müsəlmanlara və İslam ölkələrinin ərazilərinə qarşı təcavüzünü dayandırmağa məcbur etmək, bu rejimə qarşı tədbirlər görmək lazımdır”, – deyə Qalibaf bildirib.

Bazar günü Əlcəzairdə İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin 17-ci sessiyası çərçivəsində Əlcəzair Məclisinin sədri İbrahim Buqali ilə görüşən Qalibaf Fələstin məsələsini müsəlman dünyası üçün əsas prioritet adlandırıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678