Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mask təcrübə üçün “Twitter” hesabını GİZLƏTDİ

60 Baxış

“Twitter”in CEO-su Elon Mask sosial şəbəkədəki hesabını bir gün müddətinə məxfi edib,.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Şəxsi tvitlərimi ictimai olanlardan daha çox görüb-görmədiyinizi yoxlamaq üçün sabah səhərə qədər hesabımı məxfi etdim”, – Mask çərşənbə günü səhər saat 10 radələrində yazıb.

Çərşənbə axşamı Yanq Miles Çeong adlı istifadəçi “Twitter”də testin nəticələrini dərc edib. Hesabı bağlanarkən göndərilən tvit, hesabı açıq olduğu zaman göndərilən eyni tvitdən daha çox bəyənmə və baxış toplayıb.

Mask bunun “son dərəcə narahatedici bir hadisə” olduğunu söyləyib və daha sonra öz eksperimentini aparacağına söz verib.

Xəbər verdiyimiz kimi, amerikalı milyarder İlon Mask “Twitter”i 2022-ci ilin oktyabrında 44 milyard dollara alıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678