Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kadri Simson: “Azərbaycan çətin anımızda bizə köməyə gəldi”

55 Baxış

“2022-ci il çox ağır il oldu və Avropa enerji böhranı ilə üzləşdi”.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair keçirilən brifinqdə deyib.

O qeyd edib ki, bizim bu çətin anımızda Azərbaycan köməyə gəldi.

“Bu dövrdə biz bildik ki, Avropanın günəş və külək enerjisi potensialı azdır. Biz məcbur olduq ki üzv ölkələrə enerji istismarını azaltmalarını deyək. Azərbaycan da məhz bu çətin məqamda bizə köməyə gəldi və Avropaya qaz təchizatını 40%-ə qədər artırdı”,- Simson qeyd edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678