Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin ona söz verib ki, Zelenskini öldürməyəcək – Sabiq baş nazir şok sirləri açdı

38 Baxış

İsrailin keçmiş baş naziri Naftali Bennet iddia edir ki, Rusiya Prezidenti Vladimir Putin müharibənin ilk günlərində onu Ukrayna Prezidenti Volodimir Zelenskini öldürməyəcəyinə inandırıb.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu barədə Bennetin 2022-ci il martın 5-də Putinlə görüşündən bəhs edən “Times of Israel” nəşri yazıb.

“Mən ona dedim: “Zelenskini öldürmək fikrindəsən? O cavab verdi: “Mən Zelenskini öldürməyəcəyəm”, – Bennet bildirib.

“Mən başa düşməliyəm, mənə söz verirsən ki, Zelenskini öldürməyəcəksən? Putin təkrar etdi: “Mən Zelenskini öldürməyəcəyəm”, – Bennet söhbəti xatırlayır.

Onun sözlərinə görə, baş nazir söhbətdən dərhal sonra Zelenskiyə zəng edib və söhbətin məzmununu çatdırıb. “Mənim etdiyim hər şey (vasitəçilik səyləri ilə bağlı) ABŞ-la razılaşdırılıb”, – Bennet vurğulayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678