İran təkzib edir, ancaq çoxlu sübutlar var – Borrell
82 Baxış
İranla nüvə sazişi üzrə razılığa gəlmək çətindir. Çünki Tehranın bir sıra məsələlərdə hazırkı mövqeyi onunla nüvə proqramı ilə bağlı razılığa gəlməyi çətinləşdirir.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu AB-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell bəyan edib.
“Daxildə etirazların boğulması, xüsusən də qadınların hüquqlarının pozulması, ölüm hökmünün tətbiqi, Rusiyaya silah tədarükü – onlar bunu inkar etsələr də, bununla bağlı çoxlu dəlillər var – elə bir mühit yaradıb ki, nüvə razılaşması getdikcə çətinləşir”, – Borrell bildirib.