Bayden Türkiyəyə yardım üçün göstəriş verib
109 Baxış
ABŞ Prezidenti Co Bayden Türkiyəyə yardım variantlarını araşdırmaq üçün müvafiq hökumət qurumlarına göstərişlər verib.
Turanmedia.az apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ankaradakı səfirliyi məlumat yayıb.
“Prezident Bayden USAİD-ə və digər federal hökumət təşkilatlarına Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə kömək etmək üçün ABŞ-ın yardım variantlarını araşdırmaq göstərişi verib. Biz Türkiyə hökuməti ilə koordinasiyalı şəkildə vəziyyəti yaxından izləməyə davam edəcəyik”, – səfirlik bildirib.