Baqdasaryan ŞOKA SALDI: “Türkiyədə demokratiya Rusiyadan 10 qat çoxdur, İranda isə diktaturadır”
“Niyə düşünürsüz ki, İranda hər şey ciddidir?. İranda da həmçinin diktatura hökm sürür”.
Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni jurnalist və bloger Roman Baqdasaryan səsləndirib:
“Niyə biz İranı tənqid etmirik? İranla niyə dost olmalıyıq? Siz düşünürsünüz ki, İranda demokratiya Azərbaycandan güclüdür? Yeri gəlmişkən Türkiyədə demokratiya Rusiyadan qat-qat çoxdur. Bu gün Türkiyədən Rusiyadan 10 qat artıq demokratiya hökm sürür”.
Baqdasaryan daha sonra fikirlərini belə davam etdirib: “Bu gün Türkiyədə Qaro Paylan (Türkiyə parlamentinin erməni əsilli deputatı) çıxış edərək erməilərin maraqlarını rahat şəkildə qoruya bilir. Rusiyada bir erməni əsilli şəxs göstərin ki, Dövlət Dumasında ermənilərin maraqlarını qoruya bilsin?”, – deyə Baqdasaryan fikirlərini tamamlayıb.