Çin Rusiyadan neft alışını artırır
73 Baxış
Çin Rusiyadan neft alışını artırıb.
Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” enerji konsaltinq şirkəti olan “Energy Aspects”in analitiklərinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, Çinin dövlət neft-qaz şirkəti tərəfindən alınmış Rusiyanın Urals nefti ən azı üç supertankerlə Çinə gedir. Analitiklərin fikrincə, “CNOOC. Sinopec.” yaxın aylarda Rusiya neftinin idxalını artıra bilər.
Urals neftinin alışının artması Pekinin Avropaya göndəriləndən daha çox Rusiya neftini almağa hazır olduğuna işarədir.
Agentlik vurğulayır ki, bu il Çinin Rusiyadan aldığı neftin həcmi 500 min barel arta bilər.