Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransa vətəndaşlarına xəbərdarlıq etdi- Ölkəni dərhal tərk edin

61 Baxış

Fransa öz vətəndaşlarını dərhal Belarusu tərk etməyə çağırıb.

Turanmedia.az tns-ə istinadən istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiyanın Ukraynaya hücumu və Belarus hava məkanının bağlanması kontekstində buraya səfərlər qəti şəkildə tövsiyə edilmir. Belarus ərazisində olan fransızlar Litva, Polşa və ya Latviyadan keçməklə, avtomobil yolu ilə yubanmadan ölkəni tərk etməyə dəvət olunur”, – məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ-ın Moskvadakı səfirliyi də öz vətəndaşlarının səfərbərliyə görə Rusiyanı tərk etmələri ilə bağlı müraciət yayıb. Səfirlik həmçinin vurğulayıb ki, ölkədəki amerikalıların ikili vətəndaşlığının tanınması rədd edilə bilər və bu onların ölkəni tərk etməsinə mane olar.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678