Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Sonuncu dəfə 8 bal gücündə olub, Uralın şimalına gedin” – Rusiyalı fizikdən ZƏLZƏLƏ AÇIQLAMASI

91 Baxış

Şmdit adına Yer Fizikası İnstitutunun seysmik təhlükə laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Aleksey Zavialov Moskvada zəlzələ ehtimalından danışıb.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, URA-ya müsahibəsində paytxat Moskvanı və Şimali Uralı Rusiyanın ən təhlükəsiz bölgələri olduğunu bəyan edib.

“Uralın şimalına gedin. Daha təhlükəsizdir, lakin daha soyuqdur. Moskvaya gəlin, burada da təhlükəsizdir. Biz titrəmirik”, – Zavialov deyib.

Alimin sözlərinə görə, Moskvada Türkiyədə baş verənlərə bənzər irimiqyaslı zəlzələlər yarada biləcək heç bir geoloji struktur yoxdur.

Zavyalov izah edib ki, Rusiya ərazisində kiçik zəlzələlər ola bilər, lakin onlar təhlükə yaratmır:

“Bütün Rusiyada və Moskvada intensivliyi beş baldan az olan ehtimal olunan seysmik təkanlar olur. Sonuncu dəfə təxminən 10 il əvvəl Oxot dənizində 600 kilometr dərinlikdə səkkiz bal gücündə güclü zəlzələ baş vermişdi. Türkiyədə olduğu kimi. Yalnız dərində baş verdi”.(publika.az)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678