Gürcüstanda ardıcıl üç zəlzələ oldu
88 Baxış
Gürcüstanın qərbində ardıcıl üç zəlzələ qeydə alınıb.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, 3,6 bal gücündə ilk zəlzələ yerli vaxtla saat 05:18-də Ozurqeti şəhərindən 2 kilometr aralıda qeydə alınıb.
Növbəti yeraltı təkanlar saat 06:27-də Qomis Mta kurortundan 4 kilometr, Ozurqetidən 14 kilometr aralıda baş verib. Zəlzələnin gücü 3 bal olub. 3,1 bal gücündə üçüncü zəlzələnin episentri Çoxatauri rayonunun Buknari kəndində olub. Hər üç halda zəlzələnin mənbəyi 10 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur