Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Suriyada evlərin uçması nəticəsində 47 nəfər xəstəxanaya yerləşdirilib

56 Baxış

Suriyanın şimalındakı Hələb şəhərində güclü təkanlar nəticəsində bir neçə ev uçub. Ər-Razi xəstəxanasının baş həkimi məlumat verib ki, yeni zəlzələ nəticəsində onlarla sakin həkimlərə müraciət edib.

“47 sakinin tibbi yardıma ehtiyacı olub. Daşların düşməsi nəticəsində əzikləri, sıyrıqları və sınığı olan xəstələr var”, – deyə o bildirib.

Həkimin sözlərinə görə, bir sıra yerlərdə izdiham yaranıb, insanlar qorxudan küçələrə axışıblar.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678