Baydendən Putinə XƏBƏRDARLIQ
84 Baxış
ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinə NATO üzvü olan ölkələrin hər hansı birinə hücum ehtimalına qarşı xəbərdarlıq edib.
Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, o, belə bir bəyanatla Varşavada Rusiyanın Ukraynaya hücumunun birinci ildönümü ərəfəsində çıxış edib.
“ABŞ və müttəfiqləri 5-ci maddəyə əməl edəcəklər. Bir NATO ölkəsinə hücum bütün NATO-ya hücum olacaq. Putin bunu bilməlidir. Bu müqəddəsdir”, – Bayden vurğulayıb.
Amerika liderinin sözlərinə görə, Şimali Atlantika Alyansı indi həmişəkindən daha çox birləşib.