Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət Baxçalı istefa verdi

60 Baxış

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı “Beşiktaş” futbol klubunun üzvlüyündən istefa verib.

Turanmedia.az-ın məlumatına görə, TNS “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə partiyanın sədr müavini İsmail Özdemir məlumat yayıb.

O bildirib ki, Baxçalının istefasına səbəb “Beşiktaş – Fraport TAV Antalyaspor” matçı zamanı azarkeşlərin səsləndirdiyi şüarlar olub.

“Fəlakətdən sonra futbol matçlarını izləmək bəhanəsi ilə tribunaları qıcıqlandıran bəzi hərəkətlər şəhidlərimizə və millətimizə böyük hörmətsizlikdir. Bu gün oynanan matçda zəlzələ şəhidlərimizə qarşı sistematik hörmətsizlik “Beşiktaş”a yaraşmadı. Hörmətli sədrimiz bu gündən etibarən “Beşiktaş” üzvlüyündən istefa verdi”, – açıqlamada qeyd olunub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678