Ərdoğan: “İlk günlər bunları edə bilmədiyimiz üçün sizdən halallıq istəyirəm”
83 Baxış
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan adıyamanlılardan halallıq istəyib.
Turanmedia.az tns-ə istinadən xəbər verir ki, Türkiyə lideri bunu zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işləri nəzərdən keçirmək üçün getdiyi Adıyamanda səsləndirib.
“Təəssüf ki, zəlzələlərin dağıdıcı təsiri, əlverişsiz hava şəraiti və zədələnmiş infrastrukturun yaratdığı çətinliklər səbəbindən ilk bir neçə gün Adıyamanda istədiyimiz fəaliyyəti həyata keçirə bilmədik. Bunun üçün sizdən halallıq istəyirəm”,- Ərdoğan bildirib.