ABŞ rəsmisi Ermənistanın Azərbaycanla sərhədyanı ərazisinə gəldi

12 Baxış

ABŞ Sərhəd Xidmətinin nümayəndəsi Ermənistanın Gürcüstan və Azərbaycanla sərhədyanı ərazilərində olub.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı Səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nümayəndə İrəvanda “Zvartnos” hava limanına da baş çəkib.

Səfərin sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələlərində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə həyata keçirildiyi bildirilib.