Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zəlzələdən sonra ölkədə vəba yayılıb- Ölənlər var

60 Baxış

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlər Suriyanın şimalında da fəsadlar törədib.

Turanmedia.az “Haber Global”a istinadən xəbər verir ki, ölkənin şimal-qərbinə nəzarət edən müxalif qrupların tərkibindəki mülki müdafiə heyəti bölgədə başlayan vəba epidemiyasında 2 nəfərin həyatını itirdiyini açıqlayıb.

Şiddətli ishal və qusma kimi əlamətlərlə özünü göstərən vəba xəstəliyinin çox yoluxucu və ölümcül olduğu qeyd edilib.

Mülki müdafiə qrupu onu da qeyd edib ki, su şəbəkələrinə və infrastruktur sistemlərinə ciddi ziyan dəydiyi üçün 568 nəfərdə vəba xəstəliyi aşkar edilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678