Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə zəlzələlərdən sonra 50 məzar itib

57 Baxış

Türkiyədə Kahramanmaraş mərkəzli iki böyük zəlzələ minlərlə binanı, tarixi tikililəri, magistral yolları və əkin sahələrini dağıdarkən, qəbiristanlıqlara da böyük ziyan vurub.

Turanmedia.az-ın məlumatına görə, TNS “Haber Global”a istinadən xəbər verir ki, Hatayın Antakya şəhərindəki bir qəbiristanlıqda 50 məzarın çay sularında itdiyi iddia edilib.

Şəhərdəki Asri qəbiristanlığında Asi çayının daşması nəticəsində çökmələr olub, qəbir daşları qırılıb, 50 məzar isə itib.

İtən məzarların kimə aid olduğu hələlik məlum deyil. Qəbiristanlığın ətrafında təmir işləri aparılır.

Qəbirlərin itməsi havadan da görüntülənib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678