Frankfurtdan Moskvaya gələn özəl tibbi təyyarə Rusiyadan Almaniyaya kimi aparıb?

6 Baxış

Frankfurt-Mayndan qalxan tibbi avadanlıqlarla təchiz olunmuş şəxsi “Bombardier 604” təyyarəsi (mobil reanimasiya) Vnukovo hava limanına enib.

Turanmedia.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Təyyarə Rusiya paytaxtında 2 saat 21 dəqiqə qalıb. Daha sonra Nürnberqə uçub.

Təyyarə Baltik dənizi üzərində uçaraq Latviya üzərindən Rusiya hava məkanına daxil olub.

Təyyarədə kimin olduğu məlum deyil. Bəzi KİV-lər öz mənbələrinə istinadla təyyarənin Lyube qrupunun lideri Nikolay Rastorquevi müalicə üçün Almaniyaya apardığını irəli sürüblər.

Bundan sonra müğənninin sosial şəbəkə hesablarında Arxangelska yaxınlaşan vaqondan çəkilmiş video yayılıb. Rastorquev özü kadrda görünmür, lakin onun səsi pərdə arxasında eşidilir.

Xatırladaq ki, 2022-ci ildən Aİ ölkələri və Rusiya hava məkanını bir-birinin üzünə bağlayıb.(publika.az)