Türkiyədəki seçkilərdə kim qalib gələcək? – Yeni sorğunun nəticələri açıqlandı

“Optimar” Araşdırmalar Mərkəzi Türkiyənin 26 vilayətində 2000 nəfər arasında qarşıdakı prezident və parlament seçkiləri ilə əlaqədar soğru keçirib.
Turanmedia.az tns-ə istinadən xəbər verir ki, sorğuda respondentlərə “Bu gün seçki olsaydı, hansı partiyaya səs verərdiniz” sualı ünvanlanıb.
Partiyalar arasındakı səs nisbəti aşağıdakı kimidir:
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) – 40 faiz
Cümhuriyyət Xalq Partiyası (CHP) – 25.7 faiz
İYİ Partiya – 10.1 faiz
Xalqların Demokratik Partiyası (HDP) – 9.6 faiz
Millətçi Hərəkat Partiyası (MHP) – 7.1 faiz
Məmləkət Partiyası – 1.7 faiz
Yenidən Rifah Partiyası – 1.2 faiz
Səadət Partiyası – 1.2 faiz
Digər partiyaların səs nisbətləri 1 faizdən aşağıdır.
Prezidentliyə namizədlər arasında da vəziyyət fərqli deyil:
Prezident Rəcəb Tayyib Ərdoğan – 43.2 faiz
CHP lideri Kamal Kılıçdaroğlu – 13.5 faiz
Ankara bələdiyyəsinin sədri Mansur Yavaş – 11.8 faiz
İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 7.4 faiz