Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə seçkilərlə bağlı qərar martın 10-da veriləcək

47 Baxış

Türkiyədə prezident və parlament seçkilərinin 14 mayda keçirilməsinə dair qərar martın 10-da veriləcək.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, müvafiq qərar 11 mart tarixində rəsmi qəzetdə dərc olunacaq.

Ərdoğan, zəlzələdə zərər görən, həmçinin bu səbəbdən yaşadığı yerləri tərk edən vətəndaşların səsvermə prosesində tam və qanuni şəkildə iştirakını təmin etmək üçün xüsusi fərman imzalayacağını da əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678