Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Quterreş yenidən Kiyevdədir

58 Baxış

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynada səfərdədir.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu barədə Baş katibin ofisi məlumat verib.

“Baş katib bu gün səhər saatlarında Polşaya gedib. O, artıq Ukraynadadır və Prezident Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gedir”, – açıqlamada deyilir.

Məlumata görə, Quterreş Kiyevə səfərindən əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin ilə telefonla danışaraq Ukraynaya səfəri barədə ona məlumat verib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678