Ohanyanın ölüm səbəbi araşdırılır – Özünü asıb, yoxsa asıblar?
16 Baxış

Çağırışçı əsgərin meşədə asılmış meyiti tapılıb.
Turanmedia.az-ın məlumatına görə, TNS news.am-a istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi çağırışçı Andranik Ohanyanın ölümünün hansı şəraitdə baş verdiyini araşdırır.
İstintaq Komitəsinin yaydığı məlumata görə, martın 8-də Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin Berd şöbəsinə elə həmin gün bir nəfərin meyitinin tapılması barədə məlumat daxil olub.
Andranik Ohanyanın cəsədi meşədə ağacdan asılı vəziyyətdə tapılıb.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 522-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.
Məhkəmə-tibbi ekspertizası təyin edilib, hərbi hissənin bir sıra hərbi qulluqçuları dindirilib.