Pakistan “böhran fırtınası” vəziyyətindədir
8 Baxış

İqtisadi böhran, ötən il baş verən daşqın fəlakətinin nəticələri və terrorizm problemi Pakistanı “böhran fırtınası” vəziyyətinə salıb.
Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari “Associated Press”ə müsahibəsində Beynəlxalq Valyuta Fondunun (BVF) Pakistana qarşı ədalətli olmadığını şərh edərkən deyib.
Nazir deyib ki, Pakistan Qərbin Əfqanıstandan çıxarılmasından sonra 100 min yeni qaçqın və artan terrora qarşı mübarizə fəaliyyəti ilə məşğuldur.
BVF-nin Pakistana qarşı sərgilədiyi münasibəti tənqid edən nazir deyib ki, daşqınlarda evləri və torpaqları suya təslim olan aztəminatlı insanlara hökumətin pula ehtiyacı olduğu halda BVF danışıqlar prosesini uzadır.