Çavuşoğlu: “Zəlzələ bölgəsini ən son Azərbaycan xilasediciləri tərk edib”

6 Baxış

“Zəlzələ bölgəsini ən son Azərbaycan xilasediciləri tərk edib”.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Malatyada keçirdiyi mətbuat konfransında deyib.

“Yerli xilasedicilər gecə-gündüz hadisə yerində çalışır. Xarici ölkələrdən Türkiyəyə gələn axtarış-xilasetmə qruplarının hamısı ölkələrinə geri dönüb. Ən son zəlzələ bölgəsini tərk edən can Azərbaycandan olan xilasedicilər olub. Onlar da işlərini başa çatdırıb geri qayıdıblar”, – nazir bildirib.

Çavuşoğlunun sözlərinə görə, ümumilikdə 90 ölkədən 11 mindən çox insan Türkiyədə axtarış-xilasetmə işlərinə cəlb olunub.