Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

NATO şəhərin mərkəzində hərbi təlim keçirdi

55 Baxış

25 fevralda Fransada başlayan və NATO müttəfiqlərinin iştirakı ilə həyata keçirilən “Orion23” təlimi başa çatıb.

Turanmedia.az-ın məlumatına görə, Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Fransa, ABŞ, İtaliya, İspaniya, Belçika və İngiltərədən 7 min əsgərin qatıldığı təlimin son mərhələsi Fransanın Cahors şəhərində keçirilib.

Əsgərlər manevr ssenarisi çərçivəsində ələ keçirilən şəhəri geri alıblar.

Cahorsda şəhər mərkəzində keçirilən təlimdə əsgərlər boş güllə, səs və tüstü bombalarından istifadə edərkən mülki vətəndaşlar gündəlik həyatlarına davam ediblər.

Təlim Fransa Silahlı Qüvvələri tərəfindən hər il təşkil edilən hava, quru, dəniz və kiber bölgələrdə həyata keçirilir. “Orion23” təlimi Fransanın təşkil etdiyi ən mühüm hərbi təlimlərdən biri hesab olunur.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678