Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Alman general Rusiya ilə bağlı çıxışına görə vəzifəsini itirdi

66 Baxış

Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı mübahisəli açıqlamasından sonra silahlı qüvvələrin rəhbərini dəyişmək qərarına gəlib.

Turanmedia.az xəbər verir ki, bu barədə AFP Almaniya hərbi idarəsindəki mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, general Eberhard Zorn Almaniya ordusunun baş müfəttişi vəzifəsindən azad olunacaq, onu general-mayor Karsten Breuer əvəz edəcək.

63 yaşlı Zorn 2018-ci ildən bu vəzifəni icra edir. Ötən ilin sentyabrında o, Ukrayna hərbçilərinin Rusiya qüvvələrinə tam müqavimət göstərmək qabiliyyətini şübhə altına almışdı.

“Focus” jurnalına müsahibəsində o bildirib ki, Ukrayna geniş cəbhədə Rusiyanı geri çəkə bilməyən əks-hücumlar həyata keçirir.(modern.az)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678