Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin: “Almaniya heç vaxt suveren dövlət olmayıb”

65 Baxış

Rusiya Prezidenti Vladimir Putin Almaniyanın “Şimal axını” qaz kəmərlərinə terror hücumları ilə bağlı mövqeyini bu ölkənin suveren olmaması ilə əlaqələndirib.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, Rusiya lideri bu barədə çərşənbə axşamı jurnalist Pavel Zarubinə müsahibəsində danışıb.

Fakt budur ki, Avropa siyasətçiləri özləri də dəfələrlə açıq şəkildə bildiriblər ki, İkinci Dünya müharibəsindən sonra Almaniya heç vaxt sözün tam mənasında suveren dövlət olmayıb. Bunlar mənim sözlərim deyil. Bunlar Almaniyada tanınmış, ən azı bir tanınmış və çox hörmətli siyasətçinin sözləridir. Yalnız bununla razılaşmaq olar”, – Putin deyib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678