İranda İlaxır çərşənbədə 19 nəfər öldü, 2860-ı yaralandı
9 Baxış

İranda ilaxır çərşənbədə yaralananların sayı 1860, ölənlərin sayı 19 nəfərə çatıb.
Turanmedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, yaralıların əksəriyyəti Tehran, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərindədir.
Bundan əlavə yanan materialların partlaması nəticəsində Həmədanda bir mənzildə partlayış baş verib.
Nəticədə 9 yaşlı uşaq ağır yanıq xəsarətləri alıb.
Qumda içərisində yanan maddə olan çantanın partlaması nəticəsində isə 3 nəfər yaralanıb.
Yaşayış binasında baş verən hadisədə 3 qardaş ağır yaralanıb, onlardan biri 90 faiz yanıq xəsarəti ilə xəstaxanaya yerləşdirilib.