Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Saçı ilə gündəmdə olan siyasətçi – Tramp və Consonu geridə qoydu

56 Baxış

ABŞ-da nəşr olunan “Politico” qəzeti ötən həftə Estoniya parlamentinə deputat seçilən, siyasi ritorikası ilə deyil, saç düzümü ilə tanınan millətçi siyasətçi Rayn Epleri gündəmə gətirib.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, məqalə “Tramp, Conson və Fabrikantı bir kənara qoyun: Yeni və dəhşətli saç düzümü səhnədə” adlanır.

Məqalədə EKRE partiyasının üzvü Rayn Epler haqqında belə deyilir:

“Parik kimi görünsə də, saçlarının həqiqi olduğunu deyir, follikulyar nahiyədə az, amma çox cüzi nəsə olduğunu da etiraf edir”.

Məqalədə yumoristik tərzdə həmçinin bildirilir ki, estoniyalı siyasətçi hansı saç düzümü istədiyinə əmin deyil, ona görə də hamısını eyni vaxtda etdirib.

“Deyəsən, müharibəyə hazırlaşır, çünki “dəbilqə” taxır, ya da bəlkə getdiyi bərbər Epler sağçı ekstremist olduğu üçün bunun qisasını alan miqrantdır”, – nəşr yazır.

Məqalədə qeyd edilir ki, Eplerin baş nazirliyə yüksəlmə ehtimalı kifayət qədər aşağıdır, o, ABŞ-ın keçmiş prezidenti Donald Trampı xatırladır.(teleqaraf.com)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678