Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrail Ukraynaya niyə silah vermir? – Baş nazir açıqladı

62 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Rusiya ilə uzunmüddətli razılaşmalara görə Ukrayna Ordusunu silahla təmin edə bilməz.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, o, bu barədə Berlində kansler Olaf Şoltsla danışıqlardan sonra birgə mətbuat konfransında bildirib.

O xatırladıb ki, bir neçə il əvvəl İsraillə Rusiya Federasiyası arasında saziş bağlanıb. Daha sonra tərəflər İsrail və Rusiya pilotlarının Suriya hava məkanı yaxınlığında yan-yana uçması barədə razılığa gəliblər. Bu, İranın İsrail üçün “üçüncü cəbhə” açmasına mane olur.

“Amma bu məhdudiyyətlər və bu mülahizələr çərçivəsində biz Ukraynaya humanitar və müdafiə dəstəyi verməyə çalışırıq. Biz Ukraynanı təkcə humanitar vasitələrlə dəstəkləmirik, həm də mülki müdafiəyə yardım edirik”,- Netanyahu əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678