Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Danimarkada da Quran yandırıldı

47 Baxış

Danimarkalı siyasətçi, ifrat sağçı, İslama qarşı düşmənliyilə tanınan Rasmus Pauldan Kopenhagendəki Türkiyə səfirliyinin önündə yenidən Quran yandıraraq Türkiyəni hədəf alıb.

Turanmedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, R.Paludan bu dəfə Danimarkanın paytaxtında polisin mühafizəsi altında bunu gerçəkləşdirib.

R.Pauldan islama hörmək etmədiyini söyləyib:

“Bütün dünyada islamı və Rəcəb Tayyib Ərdoğanı hədəf göstərməyimiz vacibdir. Biz İslama hörmət etmirik, onu xor görürük və burada istəmirik”.

Pauldan ötən həftənin çərşənbə günü növbəti dəfə İngiltərədə Quran yandıracağını bildirib.

Qeyd edək ki, əvvəllər də dəfələrlə bu addımı atan R.Pauldan son olaraq Türkiyənin İsveçdəki səfirliyinin qarşısında Quran yandıraraq iki ölkə arasında gərginliyə səbəb olmuşdu.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678