Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pakistanda Məhəmməd peyğəmbərə görə iki ölkə arasındakı yol bağlandı

71 Baxış

Pakistan polisi Məhəmməd peyğəmbəri təhqir etməkdə şübhəli bilinən Çin vətəndaşını həbs edib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, şübhəli şəxs ölkənin şimal-qərbindəki Xeybər Paxtunxva əyalətində Dasu su elektrik stansiyasının tikintisində işləyən texnikdir. Onun adı açıqlanmır.

Çinli barədə iddia iki pakistanlı işçi tərəfindən bazar günü polisə təqdim edilib. Bundan sonra su elektrik stansiyasının tikinti meydançasında iğtişaşlar baş verib. Bu zaman yerli sakinlər tikinti şirkətinin əmlakına ziyan vurub, Pakistan və Çini birləşdirən strateji əhəmiyyətli yüksək hündürlükdə yerləşən Qarakoram şossesində nəqliyyatın hərəkətini dayandırıb.

Təhlükəsizlik məqsədilə həbs edilən Çin vətəndaşı ordu helikopteri ilə istintaqın aparılacağı Abbottabad şəhərinə aparılıb. O, tezliklə yerli məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, dini müqəddəslərini təhqir etmək Pakistanda ən ağır cinayətlərdən biri hesab olunur və günahkar olanlar ciddi şəkildə cəzalandırılır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678