Ən pis ssenaridə belə, Ukrayna 140 milyard dollar alacaq – UMB
19 Baxış

Rusiyanın genişmiqyaslı işğalı fonunda ümid etməyə əsas var ki, donorlar Ukraynanı vaxtında və istənilən ssenari ilə maliyyələşdirəcəklər.
Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu “Amerikanın səsi”nə müsahibəsində Ukrayna Milli Bankının (UMB) rəhbəri Andrey Pışnı bildirib.
Ukrayna Milli Bankın rəhbəri vurğulayıb ki, Ukrayna istənilən ssenaridə yardım alacaq: “Bu təminat G7 ölkələri tərəfindən verilib. 4 illik müddətdə maliyyə dəstək paketi təxminən 140 milyard dollar olacaq”.