Məşhur birjanın qurucusu Türkiyədə həbs edildi

12 Baxış

“Thodex” kriptovalyuta birjasının təsisçisi Faruk Fateh Özər Türkiyədə həbs edilib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Özər “qanunsuz təşkilat yaratmaq və idarə etmək”, “xüsusi dələduzluq” və “sərvətlərin ələ keçirilməsi” ittihamları ilə həbs olunub.

Qeyd edək ki, o, bir neçə gün əvvəl Albaniyadan ekstradisiya edilib.