İngiltərədə “Microsoft”a qalmaqallı qadağa qoyuldu

15 Baxış

İngiltərə Rəqabət və Bazarlar Təşkilatı (CMA) “Microsoft”un “Activision” şirkətini almasına mane olub.

Turanmedia.az-ın məlumatına görə, Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, “Microsoft”un prezidenti Bred Smit 40 ildir fəaliyyət göstərdikləri ölkədə ən pis gün yaşadıqlarını bildirib.

“Bu qərar çox məyusedicidir. İngiltərədə texnologiya sahəsində iş imkanlarının gələcəyinə olan inamımız sarsıldı.

Burada aydın mesaj var. Avropa İttifaqı (Aİ) Böyük Britaniyadan daha çox iş görmək üçün cəlbedici yerdir”, – deyə o əlavə edib.

“CMA” “Microsoft”un bulud oyun bazarının gələcəyini dəyişdirəcəyinə dair narahatlıqlar səbəbilə təxminən 69 milyard dollara olan “Activision” şirkətini almasını bloklayıb.

Xatırladaq ki, ABŞ-nin oyun şirkəti “Activision” “Call of Duty”, “Candy Crush” və “World of Warcraft” kimi dünyaca məşhur oyunların tərtibatçısı və distrübyüteridir.