Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Niderlandda koronavirusa görə fişənglərin istifadəsi qadağan edildi

145 Baxış

Niderland hökuməti Milad və Yeni il tətillərində partlayıcı oyuncaqların, fişənglərin istifadəsinə qadağa qoyub.

Bu barədə “EuroPulse” qəzeti xəbər verib.

Qəzet yazır ki, qadağa COVID-19 ilə mübarizə aparan həkimlərin və tibbi xidmətlərinin yükünü azaltmaq ehtiyacından qaynaqlanır.

Belə ki, pandemiya səbəbindən səhiyyə sisteminin fəaliyyəti onsuz da artıb və bayram günlərində xəstəxanalara adi haldan üç dəfə çox müraciət daxil olur. Travmalar əsasən pirotexniki vasitələrdən uğursuz istifadə nəticəsində yaranır.

Qanun pozuntusuna yol verənlər 100 avro (201 manat) cərimə ediləcək, yaxud cinayət məsuliyyətinə cəlb olunacaqlar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678