Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BMT pandemiyaya görə uşaq ölümlərinin sayında artımla bağlı xəbərdarlıq edib

141 Baxış

Pandemiyanın təsirləri səbəbindən bu ilin sonuna qədər beş yaşınadək daha 6-7 milyon uşağa zəiflik və kəskin aclıqdan yaranan fəsadlar diaqnozu qoyulacaq.

“Rosbalt”ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib.

Proqnoza əsasən, uşaq ölümləri xüsusən Böyük Səhradan cənubda Afrika ölkələrində və Cənubi Asiyada ayda 10 mindən çox ola bilər.

Mütəxəssislər, uşaqlar üçün təhlükənin təkcə COVID-19 virusundan gəlmədiyini vurğulayıblar. Onların sözlərinə görə, bu bədbin proqnoz həm də pandemiya səbəbindən əsas xidmət sahələrində fasilələrin artması, yaxud işsizliyə görə yaranan yoxsulluqla əlaqədar verilib.

Pandemiyanın təhsil, qidalanma və ümumi rifah üzərində təsirinə görə “itirilmiş nəslin yaranması” proqnozlaşdırılıb. Statistikaya görə, məktəblərin bu və ya digər şəkildə bağlanması 30 ölkədə 572 milyon şagirdə təsir edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678